EKSKLUZİV TURiZM
Səfalı Quba rayonu günəşli Azərbaycan respublikasının ən gözəl turizm diyarıdir. Hər il bu cənnət məkanına 40 - 50 min nəfərdən artıq istirahətə gələn olur. Rayonun havası, bulaq suları, çayları, meşələri və dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlıqa özünü cənnətdə hiss edir. Quba rayonu bu gözəlliyi ilə əksər ölkələrdə məşhurdur. Bura Türkiyədən, İrandan, Amerikadan, Fransadan, İtaliyadan, İngiltərədən,Rusiyadan, Kanadadan, İsraildən və başqa ölkələrdən daha çox turistlər gəlir. Bizim də bu blogu yaratmaqda niyyətimiz buranı tanımayanları və məlumatı olmayanları daha da dərindən məlumatlandırmaqdır. Əyər sizin hər hansınızın könlündən bu gözəl məkanı ziyarət etmək keçərsə, onda bu blog vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sizə maraqlı marşrutları təklif edəcəyik və bundan sonra istədiyiniz marşrut üzrə səyahətiniz davam etdiriləcəkdir. Sizə burada hər cürə xidmət göstətiləcəktir. Siz qızılaqac meşəliklərində dincələcək, şəffaf sulu çaylarda çiməcək, yaşıl plyajlardan ləzzət duyacaqsınız. Əsas qidanız təbii nemətlər və milli yeməklər olacaqdır. Bundan əlavə istədiyiniz qardaş xalqların milli mətbəxinin də qonaqı ola bilərsiniz. yaşayış yeriniz təbiət guşəsindəki rəngarəng çadrlar, milli qonaq evləri və çoxsaylı mehmanxanalar ola bilər. Qiymətlər də münasib, yəni razılaşma ilədir. Buyurun yolunuzu gözləyirik. Qarşıdan yay gəlir sizə xoş istirahətlər arzulayırıq.


