QUBA HAQQINDA ÜMUMİ MƏLUMAT
Əhalisinin sayı - 136400.
Ərazisi-2610 kv.km
İnzibati mərkəzi Quba:
Quba şəhəri:.
Qəsəbələr: .......................
Kəndlər:
Əski iqriq, Qırmızı qəsəbə, Dağlı kəndi, Qonaqkənd, Cimi, Xaşı, Gümür Dəhnə, Puçuq, Qaravulustü, Ördüc, Əlik, Haput, Cek, Qırız, Qırız dəhnə, Buduq, Dağüstü, Zeyid, Yergüc, Yalavanc, Xınalıq, Qalaxudat, Rük, Adur, Qarxun, Söhüb, Dəli-qaya, Zıxır, Kirdeh, Yerfi, Nohurdüzii, Qaya-dali, Dərk, Talış, Gülezi, Kunxırt, Dalaqo, Xanagah yolu, Xırt, Aydınkənd, Afurca, Fırıq, Puçuq, Atuc, Xaltan, Nüteh, Utuq, Çarxıçı, Vəngidar, Muçuq, Alpan, Kürkün, Uzunmeşə, Amsar, Ərməki, Digah, Alic, Zərqoza, Qorxmazoba, Əspərasti, Xaspolad, Kelenov, Çayqıshlaq, İsnov, Qasımqışlaq, Mahmudqıshlaq, Çiçi, Raziyələr, Qənidərə, Sirt Çiçi, Səbətlər, Təngəaltı, Rustov, Xanagah, Məçgə-xacə, Bad, Qalagah, Güldar, Bağçaəli, Kələbağ, Cədəri, Yekdar, Hacağalar, Qam-qam, Sofi-kend, Püstəqasım, Dəhnə, Güneyməhəllə, Alekseyevka, Zizik, İqriq, Qəcərzeyid, Timirzayev, Birinci Nügədi, İkinci Nügədi, Qaraçay, Mirzəqışlaq, Gülüstan, Əlibəyqişlaq, Ağbil, Mirzəməmmədkənd, Dəlləkli, Küpçal, Qələdüz, Üçgün. Qımıl, Küsnət, Dağlı, Talabıqşlaq, Küçeyi, Cağacuq, Xaroşa, Talabı, Təhmər, Şuduq, Növdün, Tüləkəran, Aşağı Tüləkəran, Yenikənd, Yuxari Tüləkəran, Tülər, Möhüc, Gültəpə, Xucbala, Digah, Çartəpə, Aşağı Xuc, Orta Xuc, Pirvahid, Qəçrəş, Qımıl-qazma, Küsnət qazma, Hacı Hüseynli, Ənnəkıqışlaq, Hacıqayıb, Mirzəqasım, Küpçalqışlaq, Novonikolayevka, Davidoba, Gencler, Əliməmmədoba, Qımılqışlaq, Vəlvələ, Bərqov, İsnovqışlaq, Gədikqışlaq, İdrisqışlaq, Gədik, İbrahimHaput, Zerdabi, Bağbanlı, Barlı, Amsar palasa, İspik, Susay, Gərəy, Aşaği Atuc, Susayqışlaq.
Quba - adına bənzər bir diyar, gözəllik sərgisi. Zümrüd meşələri, yaşıl yamacları, sıra dağları elə bil ressam əli ilə çəkilib. Quba Azərbaycan ellərinin yasşıl ciyəridir. Bu yer Fətəli xanın, Abbasqulu ağa Bakıxanovun yurdudur. Quba xalçaları dünya muzeylərini bəzəyir, evlərimizin yaraşığı, gəlinlərimizin ən qiymətli cehizidir. Başdan-başa nadir təbiət muzeyidir Qubaya inanmirsan, en Qəçrəş bulağına, bircə ovuc su iç. Elə biləcəksən ki, on beş yaşındasan...
Coğrafi mövqeyi:
Quba rayonu Böyük Qafqazın şimal-şerqində yerləşir. Ərazisi əsasən dağlıqdır. Şimal-şərqində sərhədi Samur-Dəvəçi ovalığına düşür. Ərazinin dağlıq hissələri əsasən meşələrdir. Rayonda 159 yashayəş məntəqəsi vardır.
İqtisadi xarakteristikası:
Quba ölkəmizin əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq və maldarlıqdır. Rayonun sənayə müəssisələri heyvandarlıq, meyvə və tərəvəz emalı ilə məşğul olur.
Elanlar bölümü
Təcili satılır Torpaq sahəsi 78 sot Quba – Rustov – Şamaxı asfalt yolunun 18 km-dən saqda, ətrafı meşəlik, bulaq suyu və çay.Qiyməti 1 sot 2000 manatTel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
| Təcili satılırYaşayış evi Qubanın mərkəzində 8 otaqlı, 2 mərtəbəli, şəraitli, balkon , 2 hamam, içməli dağ suyu, daimi qaz, elektrik, 9 sot torpaq sahəsiQiyməti 350 min manat. Tel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
| İcarəyə veririəm Qubanın mərkəzində tədarük və satış anbarı, geniş həyətlə birlikdə. Razılaşmış qiymətə.Tel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
| İcarəyə veririəm Ofiz üçün Qubanın mərkəzində 2 mərtəbəli şəraitli bina. Razılaşmış qiymətə.Tel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
| Birgə əməkdaşlığa dəvət edirəmDaqdan – daqa, çayüstü 1500 metrlik polad kanat yolunun, daqdan çaya asfaltdan 400 metrlik enişli döngəliplastik Akvapark yollarının çəkilişi, buradakı yaşıl plyajlarda istirahət - əyləncə kompleksinin (restoran) yaradılması və birgə idarə olunçası. Quba – rustov – Şamaxı asfalt yolunun kənarında.Gəlirli Fəaliyyət üçün torpaq sahəsi vardır.Tel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
| Birgə əməkdaşlığa dəvət edirəmLimonad, şərab və içməli su istehsalı sahəsində. Xammal və şərait vardır.Tel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
| Birgə əməkdaşlığa dəvət edirəmTəbiət qoynunda Turizim mövsümündə Qızılaqac 3 bulaqında restoranın təşkili və idarə olunması.Tel: (050) 323-26-83 / (0 169) 5-22-32 Email: quba-rusta@mail.ru |
Şimal yazarları
Quba - video
Qubanın tarixi
Hörmətli istifadəshilər blogumuzda gördüyünüz məlumatlar Əfqana məxsusdur əyər hər hansı saytda rast gəlsəniz pirat olduquna əmin olun...Quba şəhəri 1735-ci ildə Hüseynəli xan tərəfindən Quba xanlığının paytaxtına çevrildi. 1759-1771-ci illərdə Fətəli xan Dərbənd, Bakı, Şamaxı, Səlyan, Gəncə xanlıqlarını özünə birləşdirdi. Lakin Fətəli xanın vahid Azərbaycan yaratmaq istəyi baş tutmadı. 1806- cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil edilən Quba qəzası 1860-ci ildə isə Bakı quberniyasına daxil edildi.
Fətəli xanın dövründə (1758-1789-cu illərdə) Azərbaycanın tarixində Quba xanlığının əhəmiyyəti artmışdı . Fətəli xan Azərbaycanın görkəmli dövlət xadimi olmuşdur.O, Şimal-Şərqi Azərbaycanın bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə, bununla da yadelli işğalçıların qarşısına sipər çəkməyə çalışırdı. Ölkənin feodal dağınıqlığı, Rusiya, İran, Türkiyə tərəfindən təhlükənin mövcudluğu, natural təsərrüfatın hökmranlığı , yerli iri feodalların müqaviməti səbəblərindən birləşdirmə siyasəti məqsədə çata bilmədi. Fətəli xanın ölümündən sonra Quba xanlığı mövcud gücünü itirdi .
Azərbaycan Respublikasi Quba rayonunun mərkəzi olan Quba şəhəri Qudyal çayının sahilində yerləşir. Quba haqqında ilkin məlumata məşhur Azərbaycan alimi şərqşunası A. Bakıxanovun <<Gülüstani-irəm >> əsərində rast gəlirik : 1418-ci ildə taxta çıxmış Şirvanşah Xəlil İbrahim oğlunun Bakı Quba və digər Azərbaycan şəhərləri arasında tikdirdiyi karvansaralar haqqında məlumatlar verilir. Amma o dövrdə Quba ancaq kiçik yaşayiş məskəni idi. Şəhər kimi XVII əsrin axirlarinda Qubann adı çəkilir. Quba şəhərinin yaranma tarixi ilə bağlı məsələ hələ günümüzədək tarixşünaslıqda özünün qəti həllini tapmamışdır. Çox tədqiqatçilar bu şəhərin mənşəyə malik olduğunu göstərirlər. Bəzi tədqiqatçılar Qubanın yaranma tarixini ya 1735 ya da 1741 və 1747-ci illərə aid edirlər. Şəhər ərazisində aparılmış arxeoloji işlər hələ erkən orta əsrlər dövründə burada məskunlaşmış məntəqələri mövcudluğuna şəhadət verirlər. Qubanin qədim mənşəyə malikliyini orta əsrlər tarixşünaslığını bəzi məlumatları da sübut edir. Belə ki, İbn – Havqəl (XI əsr) Azərbaycan hökmdari Ənuşirəvan tərəfindən Bab-Firuzqubad qalasinin tikilməsi barədə xəbər verir. Hesab edirlər ki, bu ad altında Quba nəzərdə tutulmuşdur. Yaqutun (XIII əsrin əvvəlləri ) coğrafi lüğətində Azərbaycan şəhərləri arasənda Quba adı da çəkilir. Quba güclü ticarət-sənətkarliq şəhərinə çevrilir. Quba xanlığının ilk hökmdari Hüseyn Əli xan Qubanı paytaxta çevirir. Quba üç tərəfdən bişməmiş kərpicdən tikilmiş qala divarlari ilə möhkəmlənmişdi .
TATLAR AZƏRBAYCANIN QUBA, DƏVƏÇİ, XAÇMAZ, İSMAYILLI, ŞAMAXI RAYONLARINDA VƏ BAKININ BALAXANI KƏNDİNDƏ YAŞAYAN XALQDIRLAR. TARİXİ MƏLUMATA GÖRƏ BU QƏDİM XALQ TƏXMİNƏN 1400 İL BUNDAN QABAQ AZƏRBAYCAN ƏRAZİSİNƏ GƏLMİŞ VƏ BURADA MƏSKƏN SALMIŞDIR. ÇOX QƏDİM MƏDƏNİYYƏTƏ SAHİB OLAN BU XALQ QUBANIN VƏ ƏTRAF RAYONLARIN İNKİŞAFINDA ÇOX MÜHÜM ROL OYNAMIŞDIR.TATLARIN YAŞADIĞI ƏRAZİLƏR AZƏRBAYCANIN ƏN MÜHÜM HƏRBİ-STRATEJİ ƏHƏMİYYƏ MALİK YERLƏRİDİR. TATLAR ÇOX QƏDİMDƏN YARANMIŞ QUBA-QAFQAZ XALÇAÇILIĞININ İNKİŞAFINDA DA BÖYÜK ROL OYNAMIŞLAR.
Qubalı məşhurlar
Zərnigar Ağakişiyeva
Xalq Artisti, Prezident təqaüdçüsü

Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin «Müdriklər» dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır: - Tatyana (M.Qorki «Meşşanlar»),
- Xuraman (S.Vurğun «Vaqif»),
- Şəfəq (S.Dağlı «Kölgələr pıçıldaşır»),
- Zeynəb (B.Vahabzadə «Kimdir haqlı?»),
- Zivər (Anar «Təhminə və Zaur»),
- Kəmalə (İ.Əfəndiyev «Qəribə oğlan»),
- Fəxrəndə xanım (İ.Əfəndiyev «Mahnı dağlarda qaldı»),
- Bernardo (Federiko Qarsia Lorka «Dişi canavar»),
- Pəri xanım (M.F.Axundov «Lənkəran xanıının vəziri»),
- Qadın ( Elçin «Poçt şöbəsində xəyal»),
- Yasəmən (S.S.Axundov«Eşq və intiqam»),
- Ana (B.Vahabzadə «Dar ağacı»),
- Qadın (N.Hikmət «Kəllə»),
- Kərbəlayi Fatma (C.Məmmədquluzadə «Ölülər»)
kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.
«Özgə həyat», « Fransız», «Yaramaz», «Təhminə və Zaur», «Yuxu», «Gözəl , gözəl, gözəl dünya», «Qara volqa», «Yarasa» filmlərində əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Prezident təqaüdçüsüdür. Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və «Azərbaycanfilm» in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Onun: - «Pəncərədən daş gəlir»,
- «Atayevlər ailəsi»,
- «Sarıköynəklə Valehin nağılı»,
- «Mehmanxana sahibəsi»,
- «Kişilər»,
- «Yol hadisəsi»,
- «Dantenin yubileyi»,
- «Özgə həyat»,
- « Fransız»,
- «Yaramaz»,
- «Təhminə və Zaur»,
- «Yuxu»,
- «Gözəl , gözəl, gözəl dünya»,
- «Qara volqa»,
- «Yarasa»
filmlərində əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Prezident təqaüdçüsüdür.
---------------------------------------------------------------------------------------- EL ADAMI BƏŞİR SƏFƏROĞLU
Atam dünyadan elə tez getdi ki, onunla doyunca bir yerdə yaşamaq mənə qismət olmadı. Həyatın keşməkeşlərini və iztirablarını isə 14 yaşımda ikən duydum. Atamla birlikdə həyatımın cəmi 922 gününü bərabər yaşamışam. Əslində, onunla yaxından tanışlığımın ömür tarixçəsi də elə bu qədərdir. Bilmirəm, buna təsadüfmü deyim, ya taleyin gərdişimi - ancaq doğulduğum günü valideynlərimdən məhrum olmuşam. Anam məni bu dünyaya bağışladığı an öz həyatını itirib. Mən də onun məhəbbətini və nəvazişini hiss etmədən ondan ayrılmışam. Bundan sonra məni anamın valideynləri saxlayıb böyüdüblər. Bu üzdən də atamdan uzaq düşmüşəm. Nənəmlə babamın əllərinin taqəti tükənib qocaldıqlarından mənim kimi azyaşlı uşağa baxmaq onlar üçün çətinləşmişdi. Buna görə də 12 yaşım olanda məni atamın himayəsinə vermişdilər.
...14 illik ömrümün atamla keçən 922 günündə nə ona doyunca «ata» deyə, nə də üzünü görə bilmişdim. Bəlkə də elə buna görədir ki, ona qarşı duyduğum ata yanğısı, ata həsrəti və ata məhəbbəti, 49 yaşım olmasına baxmayaraq, indiyədək də məni sakit buraxmır. Bax həmin yanğı və həsrət atamın xatirəsini bugünədək yaşatmaq üçün məni çarpışmağa sövq edir. Əslində, atamı təkcə mən xatırlatmıram, bunun üçün o özü sağlığında bünövrə qoyub gedib. Bəşir Səfəroğlunun adı gələndə indi də adamların dodaqları qaçır. Çox qəribədir, hətta özünü və tamaşalarını heç vaxt görməyən gənc nəsil belə atamın obrazlarına sakit baxa bilmir. Hazırda zövqlərin dəyişildiyi söylənilsə də, yüz il bundan sonra belə Bəşir Səfəroğlunun insanların hafizəsində daim yaşayacağına inanıram…
...Bəşir Səfəroğlunun bu dünyaya vida etdiyi gündən 34 il keçib. Lakin bu illər ərzində bir dəfə də «Bəşir Səfəroğlu kimdir ki» sualıyla rastlaşmamışam. Hərdən deyirlər ki, Afaq xanım, atanızın çəkildiyi filmlərə baxdıq, çox xoşumuza gəldi. Bu sözlərdən qəlbim dağa dönür. Əslində, onun belə xatırlanması qədirbilən dostlarının zəhmətinin bəhrəsidir. Rəhmətlik reyissor Rauf Kazımovski atam haqqında 45 dəqiqəlik film çəkib. Bəşir Səfəroğlunun oynadığı maraqlı obrazların işlətdiyi - «Ölünün də qıdığı gələr?», «1:0 Baloğlanın xeyrinə» - sözlər isə indiyədək də xalq arasında istifadə edilir.
...Bəşir Səfəroğlu səhnədən milyonlarla insanı güldürsə də, həyatda çox ciddi və amiranə insan olub və heç vaxt haqqı nahaqa verməyib. Bəlkə də elə buna görə 43 yaşında ikən həyatdan gedib.
Atamın xasiyyəti tünd olsa da, özünə qarşı çox tələbkar və çalışqan insan idi. Bir aktyor kimi özünə arxayınlığı olsa da, gecə-gündüz işləməkdən yorulmazdı. Indi vəzifə kürsüsünə can atan bəzi aktyorlara baxıb dəhşətə gəlirəm. Axı aktyor bədii rəhbər, inzibatçı və direktor kimi sevilə bilməz. Atam həmişə deyərdi ki, aktyor sənətkar kimi sevilib, sənətkar kimi də dünyadan getməlidir. Yəni o, hansısa vəzifə kürsüsündə əyləşə bilər, lakin yaddaşlarda səhnədə yaratdığı obrazlara görə daha çox qalar. Atamın özündə aktyora lazım olan bütün keyfiyyətlər cəmlənmişdi.
...Yaddaşlarda komik aktyor kimi qalmış Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya gəlib. O, ali təhsil almamışdı. Heç tam orta təhsili də yox idi. Ancaq buna baxmayaraq, aktyorluq istedadı ona sanki Allah tərəfindən verilmişdi. Atam çox kasıb ailədə doğulub böyümüşdü. Teatra gəlişi isə təsadüfən olmuşdu. Həvəskar kimi o vaxtlar dəbdə olan aktyorluq dərnəklərində çıxışlar etsə də, atamın əsl peşəsi sürücülük idi. Ailələri elə böyük olmasa da, babamı vaxtsız itirdiklərindən evin qayğılarını nənəm çəkməli olmuşdu. O, Əli Bayramov adına tikiş fabrikində işləyər, aldığı cüzi maaşla dörd övladını - üç qızını və bir oğlunu böyüdərmiş. Atam ailənin yeganə oğul övladı olduğundan hamının istəklisiymiş.
Atamla oxşarlığımız çoxdur. O, doyunca ata məhəbbətinə, mən isə hər iki valideynimin nəvazişinə həsrət böyümüşük. Bu yaxınlarda atamın doğulub boya-başa çatdığı evi yenidən bərpa etmək üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etmişdim. Onun və ailəsinin bir zamanlar yaşadıqları evi görəndə ürəyim göynədi. Rəhmətlik bibim sağlığında bu haqda söhbət düşəndə deyərdi:
- O qədər kasıb idik ki, evimizin heç vaxt taxta döşəməsi də olmamışdı. Döşəmə əvəzinə yerə qır döşəmişdik. Anamızın qazancı isə normal şərait yaratmaq üçün yetmirdi…
Həmin qır döşəməli ev necə varsa, indiyədək də elə qalıb.
Atamın uşaqlığı inqilabdan sonrakı, gənclik illəri isə II Dünya müharibəsi dövrünə təsadüf edib. Müharibəyə çağırılanda atamın cəmi 17 yaşı varmış. Düz dörd il yarım atam qanlı-qadalı müharibədə iştirak edib, döyüşə-döyüşə Berlinədək gedib çıxmışdı. Müharibənin bitməsinə cəmi bir neçə gün qalmış isə kontuziya alaraq evə qayıtmışdı. Atam müharibədən sağ-salamat gəlsə də, aldığı kontuziyadan eşitmə və nitq qabiliyyətini itirib evlərinə lal-kar dönmüşdü. O zamanlar atam heç nə eşidib danışa bilmədiyinə görə iş tapmaqda çətinlik çəkirdi. Onda dostlarından biri ona iş təklif etmişdi. Iş də nə olsa yaxşıdır - xorda ağzını açıb-yummaq… Beləcə atam başını girləyib ayın sonunda məvacibini alırmış. Bir neçə vaxt bu cür davam etmişdi. Aradan uzun müddət keçdikdən sonra işdən evə qayıdarkən indi Mikayıl Müşfiqin heykəli qoyulmuş ərazidə yolu keçmək istəyəndə atam tramvayın üstünə gəldiyini görüb qorxudan qışqırmışdı. Bununla da onun dili və qulağı açılmışdı.
Bir dəfə atam cəbhədə olduğu illərdən söhbət açmışdı. O qədər maraqla danışırdı ki, özümü saxlaya bilməyib uşaq sadəlövhlüyü ilə soruşdum:
- Ata, müharibədə heç nemes öldürmüsən?
Gülümsəyib zarafata saldı:
- Yox. Ömrümdə bircə dəfə faşist görmüşəm. Onunla meşədə qarşılaşmışdıq, ikimiz də bir-birimizin üzünə baxdıq. Qəribə gözləri vardı. Elə heyrətlə baxırdı ki… Yəqin məni özününkülərə - qohum-əqrəbasından kiməsə oxşatmışdı. Sonra nemes çevrilib bir tərəfə, mən isə başqa tərəfə getdik. Yarıyolda dayanıb fikirləşdim ki, adə, mən nə üçün onu öldürmədim? Arxadan onun dalınca avtomat qatarını buraxdım. Daha öldüsündən-qaldısından xəbərim olmadı...
Onun belə söhbətlərinə xeyli gülərdik.
...Tanıyanlar deyir ki, atamla xasiyyətlərimiz eynidir. Əyilməyi, yaltaqlanmağı, işinin xatirinə kiminsə üzünə gülməyi nə o sevirdi, nə də mən. Atam heç məni də çox istədiyini hiss etdirməzdi. Amma əlinin üstünə adımı döydürmüşdü. Yadımdadır, bir dəfə məni yanına çağırıb demişdi:
- Afaq, üzümdən öpərsən?
Mən isə yaxınlaşıb onu öpmək əvəzinə lal kimi dayanıb üzünə baxmışdım. Yəqin hiss etmişdi ki, xahişini yerinə yetirmək niyyətində deyiləm. Onda özünü sındırmayıb vəziyyətdən çıxmaq üçün zarafatla demişdi:
- Afaq, əgər üzümdən öpsəydin, cibimdə bir dənə bit vardı, onu sənə verəcəkdim.
Atamla uzun müddət ayrı yaşadığımızdan hisslərimizi açıqca büruzə verməkdən çəkinirdik. Düzdür, nənəmlə yaşadığım illərdə atam aradabir mənə dəyməyə gələr və dərslərimi necə oxumağımla maraqlanardı. Amma incəsənətə meyl edəcəyimi ağlına belə gətirməzdi.
Atamın ailəsi ilə birlikdə yaşadığım illərdə məktəbimizdə Cəfər Cabbarlının «Almaz» pyesini səhnələşdirmişdik. Mən tamaşada Şərəbanu obrazını oynayırdım. Demə, analığım da bu haqda atama xəbər vermişdi. O da durub tələsik məktəbə gəlmişdi. Amma xasiyyətcə feodal olduğundan mənə teatr və aktyorluq nöqteyi-nəzərindən baxmağa gəlməmişdi. Yəqin ki, ömrü vəfa etsəydi, he&;ccedil; vaxt aktrisa olmağıma icazə verməzdi. O bu haqda heç vaxt bir kəlmə deməsə də, nə düşündüyünü uşaq fəhmi ilə hiss edirdim. Ancaq buna baxmayaraq, tamaşadan sonra tənbeh də olunmadım. Dərslərimi yaxşı oxuyurdum deyə, səhnəyə çıxmağımı da atam ötəri uşaq həvəsi hesab etmişdi…
...Atamın maraqlı cəhətləri vardı. Fiziki cəhətdən arıq və çəlimsiz olmasına baxmayaraq, yeriyəndə döşəmə silkələnərdi. Evdə səhər yuxudan durub mətbəxə keçəndə geyindiyi yumşaq başmaqlarını elə şappıldadardı ki, hamı səsinə oyanardı. Qəribə yaxmac hazırlamağı vardı. Çörəyin üzərinə yağ və cem çəkib özüylə işə götürərdi. Bütün günü həmin yaxmacın üstündə qalardı. Amma yeməklə elə arası olmasa da, xəmir xörəklərini çox xoşlayardı.
Atam evdə az tapılardı. Çünki sənətinin vurğunu idi. Günlərini teatrda, səhnədə keçirə bilər, bundan usanıb yorulmazdı. Aktyorluq istedadı ilə yanaşı, atamın rəssamlıq qabiliyyəti də vardı. Boş vaxtlarında oynayacağı obrazların kağız üzərində rəsmlərini çəkər və bu rəsmlərə uyğun olaraq tamaşaqabağı qrimlənərdi. Rəsmlə bağlı atamın qəribə bir şakəri də vardı - o, arzusunda olub heç vaxt oynamadığı obrazları kağız üzərinə köçürərdi. Bunlardan daha çox Şekspirin Hamletini təsvir edərdi. Təəssüf ki, atamın arzularını əks etdirən rəsmlərin heç biri mənim əlimə gəlib çatmadı, o da bu dünyadan Hamleti oynamaq arzusuyla köçüb getdi. Əminəm ki, bu obrazı yaratmaqla atam ətrafdakılara sübut etmək istəyirdi ki, təkcə komik aktyor deyil. Əlbəttə, əgər Bəşir Səfəroğlu Hamleti şedevr səviyyəsində oynasaydı, yəqin dünya arenasına çıxa bilərdi. O vaxtlar bu, çox asan iş idi. Əgər Ələsgər Ələkbərovun Otellosu onu SSRI Xalq Artisti səviyyəsinə ucaltmışdısa, çox güman ki, Bəşir Səfəroğlunun Hamleti də uğur qazanacaqdı. Bu isə dünya arenası və SSRI Xalq Artisti fəxri adına aparan cığır demək idi. Indi tez-tez deyirlər ki, Bəşir Səfəroğlu komik aktyor olub və sənətinin öhdəsindən məhz bu yöndə gələ bilib. Amma belə deyil. Onun aktyor kimi geniş imkanları vardı. ‚stəlik, istedadı sanki Tanrı hədiyyəsiydi. O, istənilən obrazı yaddaqalan edə bilərdi. Həm də elə bir insan idi ki, bacarmadığı iş haqqında heç vaxt danışmazdı. Həyatdan vaxtsız getməsəydi, çox yəqin ki, arzusuna çatacaqdı.
...Atam təkcə teatr səhnəsində yox, həm də «Ulduz», «Əhməd haradadır?», «Yun şal», «Tacikfilm»in istehsalı olan «Xoca Nəsrəddinin on iki qəbri» və sair filmlərdə yaddaqalan komik rollar oynayıb. Heyif ki, bu film Azərbaycanda yoxdur. Televiziyada hər dəfə nümayiş etdirilərkən atamın gözləri yaşarar və deyərdi:
- Siz filmə baxanda gülürsünüz. Daha bilmirsiniz ki, rola çəkilən aktyor tacik yox, azərbaycanlı olduğundan taciklər ona nə cəhənnəm əzabları yaşadıblar. Bir yandan isti və bürkülü hava, o biri yandan isə hər an nəyinsə başverməsindən doğan qorxu…
«Xoca Nəsrəddinin on iki qəbri» filmində çəkilmək üçün atam keçmiş ittifaqın 250 aktyoru arasından seçilmişdi. Çəkilişləri zamanı isə 1 il Tacikistanda yaşamalı olmuşdu. Tacik aktyorlar rola özləri dəvət edilmədiklərindən atama qısqanclıqla yanaşırmışlar. Hətta filmdəki partlayış epizodu çəkilərkən detanatorlar hazırlıq vəziyyətinə gətirilməzdən öncə taciklər atamı əvvəlcədən xəbərdar etmədiklərindən güclü dalğa onu yerə çırpmış və atam yanaraq xəsarət almışdı. Buna görə də o, bir neçə ay xəstəxanada yatmalı olmuşdu. Deyilənlərə görə, taciklər bunu qəsdən etmişdilər.
Reyissor Rauf Kazımovskinin çəkdiyi «Yun şal» filmi isə o qədər müvəffəqiyyət qazanmışdı ki, hər yerdə yalnız bu haqda söhbətlər gedirdi. Məhz bu filmin çəkilişləri zamanı qoyun itləri üstünə gələrkən atam çarəsi olmayan xəstəliyə düçar olmuşdu…
...Atamın ölümünə səbəb mədəsindəki xora idi. Demə, atam müharibə dövründən bu xəstəlikdən əziyyət çəkirmiş. Amma heç vaxt sağlamlığının qeydinə qalmaz, müalicəsi üçün vaxt tapmazdı. Həmişə özü-özünü sağaldardı. Çox qəribə bir müalicə üsulu da vardı. Tez-tez soda məhlulunu içər, ağrılarını bununla sakitləşdirərdi.
Həkimə müraciət etməyi isə yalnız ağrıları kəskinləşəndə qərara almışdı. Onda da cərrahi müdaxiləyə ehtiyac olduğu aydınlaşmışdı. Amma Moskvadan xüsusi olaraq dəvət edilmiş həkim cərrahiyyə əməliyyatı təyin edildiyi gün nədənsə Bakıya yetişə bilməmişdi. Buna görə də müalicə ləngimiş, həkim gələndə isə artıq iş-işdən keçmişdi. Əməliyyatöncəsi atamı bir də müayinə edərkən məlum olmuşdu ki, cərrahi müdaxiləyə artıq ehtiyac qalmayıb. Xora vaxtında təmizlənmədiyindən bədxassəli şişə - xərçəngə - çevrilmişdi.
Yaxşı yadımdadır ki, hələ həkim diaqnoz qoymazdan bir neçə ay əvvəl atam güzgüyə baxarkən şübhəyə düşmüşdü. Onda Lütfəli əmi bizə gəlmişdi, atam da ilk dəfə bu haqda düşündüklərini ona danışmışdı:
- Lütfəli, deyəsən, məndə o axmaq xəstəlikdəndir axı...
Lütfəli əmiylə bərk dost idilər. Atam, ümumiyyətlə, yaman dostcanlıydı. Həsənağa Salayev, Qulamrza Cəmşidi, Salam Qədirzadə və Seyfəddin Dağlıyla yoldaşlıq edirdi. Onlar da atamın çətin anlarında daim yanında olmuşdular.
O gün isə Lütfəli əmi özünü təəccüblənmiş kimi göstərib demişdi:
- Doğrudan? Yaxşı görək, buz baltası kimisən, arıq adamlar çox yaşayır, narahat olma!
Amma Lütfəli əmi özü də bilmirdi ki, gözləri artıq onu dostuna «satmış», elə o günahsız baxışlarıyla atama fikrində yanılmadığını anlatmışdı.
Sonralar atam tez-tez xəstəxanaya getsə də, vəziyyətini bilən həkimlər onun xətrinə dəyməmək üçün müalicə müəssisələrinə qəbul edirdilər. Elə olurdu ki, gün ərzində atama 30-40 ampula piramidol vurulurdu. Buna görə də o, beş gün evdə, on gün xəstəxanada olurdu.
...1969-cu ilin fevral ayında möhkəm qar yağmışdı. Səhər tezdən yuxudan duranda gördük ki, atam yatağında yoxdur. Həyətə düşüb onu axtarmağa başladıq. Təlaşımızı görən xadimə qadın dedi ki, Bəşir müəllim üzü Fəxri Xiyabana doğru yönəldi. Fəxri Xiyaban da evimizlə üzbəüz idi. Qaça-qaça həyətdən çıxıb xadimənin nişan verdiyi səmtə getdim. Atamı sonralar basdırılacağı yerdə tapdım. Qeyri-ixtiyari son məzarı olacaq torpağın üzərində dayanmışdı. Baxışları qeyri-müəyyən nöqtəyə zillənmişdi. ‚zümə baxıb kədərli-kədərli dedi:
- Afaq, qızım, mən də bu gün-sabah buraya gələcəm…
Həyəcandan ona nə cavab verəcəyimi bilmirdim. Eləcə sinəsinə qısıldım və qoluna girib evə gətirdim.
Ölümqabağı heç nə yeyə bilmirdi. Ancaq həyatının son gecəsi dostları soruşdu:
- Bəşir, nə istəyirsən de, bişirib gətirək.
O da bir müddət sakit dayanıb dedi:
- Lütfəlinin xaşından olsa, yeyərəm.
Lütfəli əmi səhər tezdən xaşı bişirib gətirsə də, atam onu yeyə bilmədi. Atamı son dəfə sağ görən də elə rəhmətlik Lütfəli Abdullayev oldu.
1969-cu il martın 22-də atam keçindi. Qəribədir ki, onun doğulduğu və öldüyü təqvim arasındakı fərq 11 gündür. Əgər o, ikinci dəfə dünyaya gəlsəydi, yəqin bu zaman kəsiyini də özünəməxsus qarşılayar, zarafata salıb deyərdi:
- Demə, olumumla ölümüm arasında cəmi-cümlətani 11 gün fərq varmış. Işə bir bax, 43 illik həyatım 11 günə sığınıbmış...
...Atam dünyasını dəyişəndə bütün şəhər onu yola salmağa gəlmişdi. Mən isə ona qədər o cür izdihamlı dəfn mərasimini heç vaxt görməmişdim. Cənazəsi bir vaxtlar səhnəsində yaddaqalan obrazlar yaradıb salonundan gurultulu alqış sədaları kəsilməyən Musiqili Komediya Teatrından götürüldü. Aktyor yoldaşları onun ölümünə dözə bilməyib teatrın qapı və pəncərələrini sındırır və qışqıra-qışqıra deyirdilər:
- Biz Bəşir Səfəroğlusuz teatrı istəmirik…
Izdiham Musiqili Komediya Teatrından Fəxri Xiyabana doğru üz tutanda yollar bağlanmış, hərəkət dayandırılmışdı.
Atam dəfn edilərkən onunçün qazılmış son mənzilə baxaraq heyrətdən sarsılmışdım. Indi düzbucaqlı qazılmış bu yer bir ay əvvəl atamı tapıb sinəsinə qısıldığım həmin yer idi… Axı bu haqda yalnız ikimiz bilirdik. Onun dəfn edildiyi gün al qırmızı gün çıxmışdı, bir isti var idi ki… Amma ertəsi gün Bakıda görünməmiş qar yağdı və atamın məzarının üstünü tamam örtdü.
...Doğrusunu desəm, o öləndən sonra mən atamın olduğunu hiss etdim. Sağlığında bu hissi keçirməyə imkan verməmişdilər. O qədər başına dolanıb «Bəşirçik, orada oturma, Bəşirçik, burada durma», «papoçka, papoçka» deyənlər vardı ki…
...Atamın oğlu yox idi deyə, onun yolunu mən davam etdirdim. Öz ömrümdə atamın yarımçıq qalan həyatını da yaşamalı oldum. Arzumun əksinə çıxıb şərqşünas əvəzinə aktrisa oldum, dramatik obrazlar yaratdım və Moskvada «Bəşir Səfəroğlu» teatrını açdım. Bilmirəm, bu hiss haradan yarandı? Atama olan sevgimdən, ya sənətkara qarşı duyduğum məhəbbət hissindən? Deyə bilmirəm. Bircə onu bilirəm ki, həyatdan atamın və özümün intiqamını almışam. Çünki o bizim hər ikimizə qarşı amansız olub. Həyat mənimlə çox pis zarafat edib. Doğulduğum gündən dəfələrlə qürurumu sındırmaq istəsə də, buna gucü çatmayıb. Əlimdən aldıqlarının əvəzində məni bərkidib və dözüm verib…
- Tatyana (M.Qorki «Meşşanlar»),
- Xuraman (S.Vurğun «Vaqif»),
- Şəfəq (S.Dağlı «Kölgələr pıçıldaşır»),
- Zeynəb (B.Vahabzadə «Kimdir haqlı?»),
- Zivər (Anar «Təhminə və Zaur»),
- Kəmalə (İ.Əfəndiyev «Qəribə oğlan»),
- Fəxrəndə xanım (İ.Əfəndiyev «Mahnı dağlarda qaldı»),
- Bernardo (Federiko Qarsia Lorka «Dişi canavar»),
- Pəri xanım (M.F.Axundov «Lənkəran xanıının vəziri»),
- Qadın ( Elçin «Poçt şöbəsində xəyal»),
- Yasəmən (S.S.Axundov«Eşq və intiqam»),
- Ana (B.Vahabzadə «Dar ağacı»),
- Qadın (N.Hikmət «Kəllə»),
- Kərbəlayi Fatma (C.Məmmədquluzadə «Ölülər»)
kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.
Prezident təqaüdçüsüdür. Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və «Azərbaycanfilm» in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Onun:
- «Pəncərədən daş gəlir»,
- «Atayevlər ailəsi»,
- «Sarıköynəklə Valehin nağılı»,
- «Mehmanxana sahibəsi»,
- «Kişilər»,
- «Yol hadisəsi»,
- «Dantenin yubileyi»,
- «Özgə həyat»,
- « Fransız»,
- «Yaramaz»,
- «Təhminə və Zaur»,
- «Yuxu»,
- «Gözəl , gözəl, gözəl dünya»,
- «Qara volqa»,
- «Yarasa»
filmlərində əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Prezident təqaüdçüsüdür.---------------------------------------------------------------------------------------- EL ADAMI BƏŞİR SƏFƏROĞLU

FOTO
ÜMUMİ GÖRÜNÜŞ

Qubanın girişi
Olimpiya İdman kompleksi
Heydər Əliyev adına park

Heydər Əliyev adına park
Quba Avtovağzalı
1 saylı orta məktəbin yanı
Quba Dədə Qorqud Meydanı
Quba Cümə Məscidi
Səkinə xanım Məscidinin ətrafı

1918 - ci il Soyqırımının Abidəsi
Quba Nizami Parkı
Quba Nizami Parkı Şahmat məktəbi
Quba Nizami Parkı

Quba Nizami Parkı

Quba Nizami Parkı
Quba Nizami Parkı
Qəsəbə üstundən görunüş
Qəsəbə üstundən görunüş

Şəhər içi "Qudyal" çayı
A.Bakıxanov adına şəhər muzeyi

Quba Zərdabi kənd məktəbi

Rustov Ziyarətgah

Xınalıq kəndinə gedən yol

Xınalıq yaxınlıqı

Xınalıq ətrafı

Xınalıq ətrafı

Ən ucqar Xınalıq kəndi

EKSKLUZİV TURiZM
Səfalı Quba rayonu günəşli Azərbaycan respublikasının ən gözəl turizm diyarıdir. Hər il bu cənnət məkanına 40 - 50 min nəfərdən artıq istirahətə gələn olur. Rayonun havası, bulaq suları, çayları, meşələri və dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlıqa özünü cənnətdə hiss edir. Quba rayonu bu gözəlliyi ilə əksər ölkələrdə məşhurdur. Bura Türkiyədən, İrandan, Amerikadan, Fransadan, İtaliyadan, İngiltərədən,Rusiyadan, Kanadadan, İsraildən və başqa ölkələrdən daha çox turistlər gəlir. Bizim də bu blogu yaratmaqda niyyətimiz buranı tanımayanları və məlumatı olmayanları daha da dərindən məlumatlandırmaqdır. Əyər sizin hər hansınızın könlündən bu gözəl məkanı ziyarət etmək keçərsə, onda bu blog vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sizə maraqlı marşrutları təklif edəcəyik və bundan sonra istədiyiniz marşrut üzrə səyahətiniz davam etdiriləcəkdir. Sizə burada hər cürə xidmət göstətiləcəktir. Siz qızılaqac meşəliklərində dincələcək, şəffaf sulu çaylarda çiməcək, yaşıl plyajlardan ləzzət duyacaqsınız. Əsas qidanız təbii nemətlər və milli yeməklər olacaqdır. Bundan əlavə istədiyiniz qardaş xalqların milli mətbəxinin də qonaqı ola bilərsiniz. yaşayış yeriniz təbiət guşəsindəki rəngarəng çadrlar, milli qonaq evləri və çoxsaylı mehmanxanalar ola bilər. Qiymətlər də münasib, yəni razılaşma ilədir. Buyurun yolunuzu gözləyirik. Qarşıdan yay gəlir sizə xoş istirahətlər arzulayırıq.Səfalı Quba rayonu günəşli Azərbaycan respublikasının ən gözəl turizm diyarıdir. Hər il bu cənnət məkanına 40 - 50 min nəfərdən artıq istirahətə gələn olur. Rayonun havası, bulaq suları, çayları, meşələri və dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlıqa özünü cənnətdə hiss edir. Quba rayonu bu gözəlliyi ilə əksər ölkələrdə məşhurdur. Bura Türkiyədən, İrandan, Amerikadan, Fransadan, İtaliyadan, İngiltərədən,Rusiyadan, Kanadadan, İsraildən və başqa ölkələrdən daha çox turistlər gəlir. Bizim də bu blogu yaratmaqda niyyətimiz buranı tanımayanları və məlumatı olmayanları daha da dərindən məlumatlandırmaqdır. Əyər sizin hər hansınızın könlündən bu gözəl məkanı ziyarət etmək keçərsə, onda bu blog vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sizə maraqlı marşrutları təklif edəcəyik və bundan sonra istədiyiniz marşrut üzrə səyahətiniz davam etdiriləcəkdir. Sizə burada hər cürə xidmət göstətiləcəktir. Siz qızılaqac meşəliklərində dincələcək, şəffaf sulu çaylarda çiməcək, yaşıl plyajlardan ləzzət duyacaqsınız. Əsas qidanız təbii nemətlər və milli yeməklər olacaqdır. Bundan əlavə istədiyiniz qardaş xalqların milli mətbəxinin də qonaqı ola bilərsiniz. yaşayış yeriniz təbiət guşəsindəki rəngarəng çadrlar, milli qonaq evləri və çoxsaylı mehmanxanalar ola bilər. Qiymətlər də münasib, yəni razılaşma ilədir. Buyurun yolunuzu gözləyirik. Qarşıdan yay gəlir sizə xoş istirahətlər arzulayırıq.
Blog Haqqında

Axtarış
Arxivlər
- Yanvar 2009 (1)
- Dekabr 2008 (1)
- Noyabr 2008 (2)
- Oktyabr 2008 (1)
- Aprel 2008 (1)
- Mart 2008 (1)
- Fevral 2008 (1)
Keçidlər
Açar sözlər
quba foto şeyir tarix klip turizm video
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 722
Dünənki hit: 22
Bugünki hit: 13
Ümumi hit: 10034