
Ərazisi-2610 kv.km.
Əhalisinin sayı - 136400.
İnzibati mərkəzi Quba:
Quba şəhəri:.
Qəsəbələr: .......................
Kəndlər:
Əski iqriq, Qırmızı qəsəbə, Dağlı kəndi, Qonaqkənd, Cimi, Xaşı, Gümür Dəhnə, Puçuq, Qaravulustü, Ördüc, Əlik, Haput, Cek, Qırız, Qırız dəhnə, Buduq, Dağüstü, Zeyid, Yergüc, Yalavanc, Xınalıq, Qalaxudat, Rük, Adur, Qarxun, Söhüb, Dəli-qaya, Zıxır, Kirdeh, Yerfi, Nohurdüzii, Qaya-dali, Dərk, Talış, Gülezi, Kunxırt, Dalaqo, Xanagah yolu, Xırt, Aydınkənd, Afurca, Fırıq, Puçuq, Atuc, Xaltan, Nüteh, Utuq, Çarxıçı, Vəngidar, Muçuq, Alpan, Kürkün, Uzunmeşə, Amsar, Ərməki, Digah, Alic, Zərqoza, Qorxmazoba, Əspərasti, Xaspolad, Kelenov, Çayqıshlaq, İsnov, Qasımqışlaq, Mahmudqıshlaq, Çiçi, Raziyələr, Qənidərə, Sirt Çiçi, Səbətlər, Təngəaltı, Rustov, Xanagah, Məçgə-xacə, Bad, Qalagah, Güldar, Bağçaəli, Kələbağ, Cədəri, Yekdar, Hacağalar, Qam-qam, Sofi-kend, Püstəqasım, Dəhnə, Güneyməhəllə, Alekseyevka, Zizik, İqriq, Qəcərzeyid, Timirzayev, Birinci Nügədi, İkinci Nügədi, Qaraçay, Mirzəqışlaq, Gülüstan, Əlibəyqişlaq, Ağbil, Mirzəməmmədkənd, Dəlləkli, Küpçal, Qələdüz, Üçgün. Qımıl, Küsnət, Dağlı, Talabıqşlaq, Küçeyi, Cağacuq, Xaroşa, Talabı, Təhmər, Şuduq, Növdün, Tüləkəran, Aşağı Tüləkəran, Yenikənd, Yuxari Tüləkəran, Tülər, Möhüc, Gültəpə, Xucbala, Digah, Çartəpə, Aşağı Xuc, Orta Xuc, Pirvahid, Qəçrəş, Qımıl-qazma, Küsnət qazma, Hacı Hüseynli, Ənnəkıqışlaq, Hacıqayıb, Mirzəqasım, Küpçalqışlaq, Novonikolayevka, Davidoba, Gencler, Əliməmmədoba, Qımılqışlaq, Vəlvələ, Bərqov, İsnovqışlaq, Gədikqışlaq, İdrisqışlaq, Gədik, İbrahimHaput, Zerdabi, Bağbanlı, Barlı, Amsar palasa, İspik, Susay, Gərəy, Aşaği Atuc, Susayqışlaq.
Quba - adına bənzər bir diyar, gözəllik sərgisi. Zümrüd meşələri, yaşıl yamacları, sıra dağları elə bil ressam əli ilə çəkilib. Quba Azərbaycan ellərinin yasşıl ciyəridir. Bu yer Fətəli xanın, Abbasqulu ağa Bakıxanovun yurdudur. Quba xalçaları dünya muzeylərini bəzəyir, evlərimizin yaraşığı, gəlinlərimizin ən qiymətli cehizidir. Başdan-başa nadir təbiət muzeyidir Qubaya inanmirsan, en Qəçrəş bulağına, bircə ovuc su iç. Elə biləcəksən ki, on beş yaşındasan...
Coğrafi mövqeyi:
Quba rayonu Böyük Qafqazın şimal-şerqində yerləşir. Ərazisi əsasən dağlıqdır. Şimal-şərqində sərhədi Samur-Dəvəçi ovalığına düşür. Ərazinin dağlıq hissələri əsasən meşələrdir. Rayonda 159 yashayəş məntəqəsi vardır.
İqtisadi xarakteristikası:
Quba ölkəmizin əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq və maldarlıqdır. Rayonun sənayə müəssisələri heyvandarlıq, meyvə və tərəvəz emalı ilə məşğul olur.
